Son Xəbər: Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq, İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ, Putin yenə Qarabağdan danışdı, Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq, Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb, İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib, "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb, Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir, İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib, Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək,

“Gülə-gülə xəstəxanaya getdi, 1 saat sonra ölüm xəbərini verdilər” - Foto

“Gülə-gülə xəstəxanaya getdi, 1 saat sonra ölüm xəbərini verdilər” - Foto

Tarix: 19-01-2023, 16:07

İsmayıllı rayon sakini, 32 yaşlı Murad Oqtay oğlu Süleymanlı Qəbələ Diaqnostika Mərkəzində cərrahi əməliyyat zamanı vəfat edib.

Hadisə yanvarın 14-də baş verib. İlkin məlumata görə, öd kisəsi əməliyyatı üçün Qəbələyə gedən M.Süleymanlı narkoz veriləndən bir neçə dəqiqə sonra dünyasını dəyişib. 

Mərhumun qardaşı Orxan Süleymanlı “Qafqazinfo”ya açıqlamasında hadisənin həkim səhlənkarlığı ucbatından baş verdiyini iddia edib: “Qardaşımın səhhətində ciddi problem yox idi. Öd kisəsində sancılar olduğunu bildirirdi və imkan olanda gedib əməliyyatla öd kisəsini götürmək qərarına gəlmişdi. Hadisədən 1 gün əvvəl Qəbələyə gedib, həkim-cərrah Elşad Salehov onu müayinələrə göndərib. Nəticədə bildirib ki, əməliyyata tam hazırdır, ürəyində və digər orqanlarında problem yoxdur. Yanvarın 14-də qardaşım özü maşını sürərək, gülə-gülə Qəbələyə əməliyyata gedib. Atamla anam da onunla birgə gediblər. Vahid adlı anestiozoloq narkoz verdikdən bir qədər sonra gəlib deyib ki, oğlunuz vəfat etdi, xilas edə bilmədik”.

O.Süleymanlı əlavə edib ki, hadisə barədə aidiyyəti qurumlara müraciət ediblər. Həmçinin ölüm faktının səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub və meyitin yarılmasını istəyiblər. O, aidiyyəti qurumlardan hadisəni nəzarətə götürmələrini və səbəkarların məsuliyyətə cəlb edilməsini xahiş edib.

“Gülə-gülə xəstəxanaya getdi, 1 saat sonra ölüm xəbərini verdilər” - Foto

Şikayətlə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirilib ki, 1990-cı il təvəllüdlü Süleymanlı Murad Oktay oğlu Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ilk dəfə 13.01.2023-cü il tarixində Cərrahiyyə şöbəsinə müraciət edib: “14.01.2023-cü il tarixinə əməliyyat (öd və soltərəfli qasıq yırtığı) qərara alınıb. Qeyd edilən cərrahi əməliyyata hazırlıq zamanı xəstədə “mümkünsüz intubasiya” və “mümkünsüz ventilyasiya” sindromu müşahidə edilib. Təkrari intubasiya cəhdləri mümkünsüz olub. İkincili bronxospazm inkişaf etdiyindən perkutan traxeostomiya effektsiz olub və xəstədə aparılan resustasiya tədbirlərinə baxmayaraq, bioloji ölüm baş verib. Hazırda müvafiq orqanlar tərəfindən faktla bağlı araşdırma aparılır”.

Baş Prokurorluğun Mətbuat xidmətinə ünvanladığımız sorğuya cavab olaraq isə bildirilib ki, qeyd olunan faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, ailəli olan Murad Süleymanlının 2 uşağı var. O, biznes fəaliyyəti ilə məşğul olurmuş.

“Qafqazinfo”




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR