Son Xəbər: Azərbaycanla Özbəkistan arasında geoloji kəşfiyyat üzrə birgə müəssisə yaradılır, Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər, Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib, Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq, İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib, İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib, Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir, DÇ-2026-nın final oyununu idarə edəcək hakim açıqlanıb, Çin Səfirliyi: Pekin ABŞ-dəki seçkilərə müdaxilə etməyib, Bakının bir sıra yollarında tıxac yaranıb,

Dəhşətli cinayətin TƏFƏRRÜATI: "WhatsApp"da arvadı ilə taksi sürücüsünün şəklini görübmüş

Dəhşətli cinayətin TƏFƏRRÜATI: "WhatsApp"da arvadı ilə taksi sürücüsünün şəklini görübmüş

Tarix: 31-01-2023, 14:56

 Tovuzda arvadını öldürən şəxsə hökm oxunub.

"Unikal"ın əldə etdiyi məlumata görə, Tovuz rayonu Hacallı kənd sakini Nicat Əhmədov arvadı Nuranə Əhmədovanın taksi sürücüsü Bayraməli ilə sevgi münasibətlərinin olduğundan şübhələnib. Qohumları Nicata arvadının ev işləri ilə məşğul olmadığını və gün ərzində telefonla çox danışdığını deyiblər. 

Nicat ilk növbədə taksi sürücüsü Bayraməli ilə görüşüb, onunla arvadı arasında sevgi münasibəti olub-olmadığını soruşub. Bayraməli isə belə bir şeyin olmadığını deyib. Mübahisə etdikdən sonra taksi sürücüsü həmin ərazidən qaçıb.

Mübahisə bitdikdən sonra Nicat evə gedib və arvadı Nuranə ilə danışmağa başlayıb. Nuranə Bayraməlinın ona hədə-qorxu gəldiyini deyib. Ona görə də Bayramalı ilə danışıb, münasibət qurduqlarını, lakin onunla ilə cinsi əlaqədə olmadığını bildirib. Əri Nicat isə Nuranənin sözlərinə inanmayıb.

Ertəsi gün arvadı Nuranənin mobil telefonunu götürən Nicat "WhatsApp"a daxil olub və həyat yoldaşının Bayraməli ilə yazışmalarını, eyni zamanda onların çılpaq fotolarını da görüb. Nicat həmin şəkillə bağlı Nuranədən soruşub. Nuranə isə şəkilin montaj olduğunu deyib. Nuranə ərinə "yaxşı edib gəzirəm, öldürürsən öldür" sözlərini deyib. Nicat soyuducudan götürdüyü bıçaqla arvadı Nuranənin boğazını kəsib. Daha sonra ona 25 bıçaq zərbəsi vuraraq amansızlıqla qətlə yetirib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və qətli törədən Nicat Əhmədov saxlanılıb.

Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən Nicat Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nicatla Nuranə 2015-ci ildə ailə həyatı qurublar. Onların 2, 3 və 5 yaşlı üç övladları var.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR