Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

“KamAZ” minik avtomobilinə çırpıldı - 3 ölü, 3 yaralı

“KamAZ” minik avtomobilinə çırpıldı - 3 ölü, 3 yaralı

Tarix: 5-04-2023, 18:22

Ələt-Astara yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən hissəsində qəza hadisəsi baş verib. 

Mediabiz.az Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə istinadən xəbər verir ki, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb.

İlkin məlumata görə, “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb.

Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü, bir qadın və bir azyaşlı uşaq isə xəsarət alıb.
Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.
“KamAZ” minik avtomobilinə çırpıldı - 3 ölü, 3 yaralı





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR