Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Bakıda DƏHŞƏT: Söyüşə görə qonşusunu baltaladı

Bakıda DƏHŞƏT: Söyüşə görə qonşusunu baltaladı

Tarix: 6-05-2023, 11:08

 
Bakıda kişi qonşusu tərəfindən baltalanıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə ötən gün saat 23 radələrində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü İsmayılov Zəmanət Nəsir oğlu qonşusu  1977-ci il təvəllüdlü, Məmmədzadə Namiq Mövsüm oğlu ilə aralarında olan telefon danışığı zamanı sonuncunun ona söyüş söyməsi səbəbindən Bakı şəhəri,  Sabunçu rayonu   Məhəmmədi qəsəbəsi, Ə.Əliyev küçəsində balta ilə Məmmədzadə  Namiq  Mövsüm oğlunun baş nahiyəsindən  bir  neçə zərbə vurub.

Nəticədə ona alının sol nahiyəsinin, sol qulağın, qulaq seyvanının və sol gicgah nahiyəsinin kəsilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirib. Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR