Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Faciəvi şəkildə ölən cütlüyün - Fotosu

Faciəvi şəkildə ölən cütlüyün - Fotosu

Tarix: 23-05-2023, 21:40

Xəbər verdiyimiz kimi, ötən gün Qobustanda 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə nəticəsində dünyasını dəyişən iki nəfər - 2000-ci il təvəllüdlü Əmrah Nuriyev və 2006-cı il təvəllüdlü Səmayə Talıbovanın yaxın günlərdə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gedirmiş.

Faciəvi şəkildə ölən cütlüyün fotosu sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, ötən gün səhər saatlarında Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində “Kia” markalı minik avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Adıçəkilən cütlüklə yanaşı, 1990-ci il təvəllüdlü Məhərrəm Səmədov, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova və bir azyaşlı ölüb. Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Faciəvi şəkildə ölən cütlüyün - Fotosu




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR