Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Bu gün Ermənistanda əsir saxlanılan əsgərimizin “məhkəmə”si keçiriləcək

Bu gün Ermənistanda əsir saxlanılan əsgərimizin “məhkəmə”si keçiriləcək

Tarix: 9-06-2023, 11:38

Aprelin 10-da yolu azaraq Ermənistan tərəfinə keçən hərbçilərimizdən biri Hüseyn Axundovun bu gün  “məhkəmə”si keçiriləcək.

“Məhkəmə prosesi” Qərbi Zəngəzur vilayətinin ümumi yurisdiksiya məhkəməsində keçiriləcək.

Hüseyn Axundovun “cinayət işinə” hakim Napoleon Ohanyana baxacaq.

Qeyd edək ki, Azərbaycan ordusunun əsgəri Hüseyn Axundov yalançı iddialarla günahlandırılır.

O, Sünik rayonunda 57 yaşlı asayiş keşikçisini “qətlə yetirməkdə” təqsirləndirilir.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu 2023-cü ilin 10 aprel tarixində Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.

Mənbə: Aravot.am




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR