Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

BDU-nun keçmiş baş müəllimi həbs olundu

BDU-nun keçmiş baş müəllimi həbs olundu

Tarix: 9-08-2023, 15:21

Bakı Dövlət Universitetinin keçmiş baş müəllimi Həcər Mikayılova həbs olunub.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, o, üç nəfərin 344 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

İşin mahiyyəti ondan ibarətdir ki, zərərçəkmişlər-Anar İsmayılov və Qüdrət Həsənov Belarusdan Azərbaycana toyuq məhsulları idxal edən şirkət rəhbərləridirlər. 

Təqsirləndirilən şəxs onlara özünü oğlunun direktoru olduğu “MİN 300” MMC-nin faktiki sahibi kimi təqdim edərək Azərbaycana idxal etdikləri ümumilikdə 80 ton toyuq məhsulunu əvvəldən tanıdığı saxlanca yerləşdirilməsinə nail olub. H.Mikayılova bir müddət sonra məhsulu saxlancdan çıxararaq satışını təşkil edib, əldə olunan 332 min manatı ələ keçirib.

Eks-pedeqoq zərərçəkmiş- Məzahir Dostuyevə isə torpaq çıxarışı almasına kömək edəcəyi ilə bağlı yalan vəd verərək ondan 12 min manat pul alıb.

Sözügedən əməllərə görə, Həcər Mikayılovaya Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, H.Mikayılova əvvəllər Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində baş müəllim olub.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR