Son Xəbər: Putin Şimal-Cənub dəhlizinin inkişafı üzrə xüsusi nümayəndə təyin edib, Quranı yandıran rusiyalıya ağır cəza verildi, Ermənistan KTMT-nin Astana sammitində iştirak etməyəcək, 2024-cü ilin ən qısa günü bu tarixdə OLACAQ, Avropa Liqası: “Qarabağ” - “Lion" oyununa satılan bilet sayı bəlli olub, Azərbaycan-Türkiyə sərhədində sıxlıq yarandı - SƏBƏB, Prezidentdən Gövhər Baxşəliyeva ilə bağlı - Sərəncam, Bağça müdiri olmaq istəyənlərə şad xəbər - Sənəd qəbulu başladı, İlham Əliyev bələdiyyələrin birləşməsini TƏSDİQLƏDİ, Şəhid övladlarının xaricdə təhsilinə maliyyə ayrılacaq - RƏSMİ,

Mehman Xəlilov: “Uşağı qəsdən öldürmək istəsəm, kameranın altında niyə edirdim?” - VİDEO

Mehman Xəlilov: “Uşağı qəsdən öldürmək istəsəm, kameranın altında niyə edirdim?” - VİDEO

Tarix: 24-08-2023, 15:56

 

Məşq zamanı yeddi yaşlı Fərid Bakarovu xüsusi amansızlıqla öldürməkdə ittiham olunan idmançı Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Müdafiə və zərərçəkmiş tərəf indiki mərhələdə hər hansı vəsatətlə çıxış etməyiblər.

Dövlət ittihamçısı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin davam etməsi şərti ilə işin məhkəmə baxışına təyin edilməsini istəyib. İş üzrə baxış iclası sentyabrın 7-nə təyin edilib.

Təqsirləndirilən idmançının vəkili Anar Qasımlı sayta açıqlamasında müvəkkilinə verilmiş ittihamlara münasibət bildirib. Müdafiəçi ittihamlarla razı olmadıqlarını, hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyini deyib:
“Mehman Xəlilovun azyaşlını qəsdən öldürmək niyyəti olmayıb. Əməlindən peşmandır, amma özünü Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adamöldürmə) maddəsi ilə təqsirli bilir. Mehman istintaqa hadisə barədə geniş ifadə verib. İfadəsində deyib ki, əgər qəsdən öldürmək niyyətim olsaydı, bunu idman zalında, kameraların altında niyə edirdim ki? Dediyinə görə, Fərid perspektivli uşaq olub, amma mütəmadi olaraq məşqlərdən yayınırmış. Onu peşəkar idmançı kimi yetişdirmək üçün də bir az təzyiq göstərib. Müvəkkilimin özünə də qəribə gəlir ki, azyaşlı uşağı niyə qəsdən öldürmək istəsin axı? Burada qəsdən öldürmə cinayətindən söhbət gedə bilməz”.

Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxsə ağır ittihamlar verilməsinin əsas səbəblərindən biri sosial şəbəkələrdə ciddi reaksiya göstərilməsi olub.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib. Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. O, zərərçəkmiş Fərid Bakarovun saçından, başından, qulağından tutaraq havaya qaldırıb, həmçinin təpiklə vurub və digər təhlükəli hərəkətlər edib. Hadisə nəticəsində F.Bakarov vəfat edib.

M.Xəlilova qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın sonunda onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adamöldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrinə tövsif edilib.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR