Son Xəbər: Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq, İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ, Putin yenə Qarabağdan danışdı, Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq, Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb, İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib, "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb, Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir, İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib, Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək,

Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

Tarix: 30-09-2023, 13:16

Bakı-Qazax magistralının Yevlax rayon ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti müəyyənləşib.


"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes-Vito" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 7 nəfər xəsarət alıb.


Belə ki, qəza nəticəsində Quliyeva Maygül (1972), Quliyeva Şəhla (1996), Quliyeva Sevgi (1994), Quliyev Məqsəd (1996), Qasımov Nurlan (1998), Qasımova İnci (2023), Qəhramanova Həvva (2016), Əhmədov Misir (1969), Əsgərov Xəyal (1992) müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.


Qeyd edək ki, Bakıdan Tovuz istiqamətinə hərəkətdə olan "Mercedes-Vito" markalı avtomobil öncə "QAZel" markalı kiçik tutumlu yük maşınınla toqquşub daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.


Faktla bağlı araşdırma aparılır.


Bakı-Qazax magistralının Yevlax rayon ərazisindən keçən hissəsində 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.


"Report"un Qərb bürosunun məlumatına görə, sərnişin daşıyan “Mercedes Vito” markalı mikroavtobus hərəkətdə olan zaman öncə "QAZel" markalı kiçik tutumlu yük maşınına çırpılıb, daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.


Nəticədə mikroavtobusda olan 7 nəfər xəsarət alıb.


Onlar xəstəxanaya yerləşdiriliblər. İkisinin vəziyyəti ağır, digərlərinin isə orta-ağır və kafi qiymətləndirilir.


Qeyd edək ki, qəzaya düşənlər Bakıdan toydan qayıdaraq Tovuza gedirlərmiş.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR