Son Xəbər: Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib, Milli Məclisin sədri Serbiyaya işgüzar səfər edib, Monteneqro Prezidenti Azərbaycan liderini təbrik edib, ABŞ ordusu İranın Küveytdə hərbi bazaya atdığı 2 ballistik raketi zərərsizləşdirib, Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir, Moldova rəsmisi: Azərbaycan şaxələndirilmiş qaz mənbələrinə çıxışımızda mühüm rol oynayıb, Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib, Qəbul imtahanının 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayıb, İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib, Sabah Bakıda 23, bölgələrdə 28 dərəcə isti olacaq,

Arif Baratzadə Tanrının qismətinə yazdığı qəzadan qaça bilməyib

Arif Baratzadə Tanrının qismətinə yazdığı qəzadan qaça bilməyib

Tarix: 9-01-2024, 13:21

 

Tale danışanda insan susur deyirlər. Tale kartları dəyişdirir, biz oynayırıq.

Bəzən taleyin oyunları insanı ən sevdiyi işindən, kollektivindən müvəqqəti də olsa uzaqlaşdırır.

Qəza yıxılanları qaldırmaq üçün min bir vasitəyə çevrilir. Taleyin toru yoxdur, qucağı var. Tanrı qoruduğu insanlara tale də qucaq açır. Axı qədər də qorxusuzları sevir. Yəqin, hamı “Zirvə Yolu” saytının və redaksiyasının bir müddətdir durğunluğunun fərqindəydi. Lakin bu durğunluq, bəndənin deyil, taleyin hökmünə bağlıydı. Allah yazandan bəndə qaçmaq iqtidarında deyil.

“Zirvə Yolu” və “Azerinews.az” saytlarının baş redaktoru Arif Baratzadə də Tanrının qismətinə yazdığı qəzadan qaça bilməyib. 2023-cü il dekabr ayının 6-sı səhər saat 11 radələrində idarə etdiyi avtomobil ilə ağır yol qəzası keçirib. Maşın yararsız hala düşsə də, Arif müəllim ağır qəzadan yüngül xəsarətlərlə qurtarıb.

Hər bir vəziyyətdən təsəlli olacaq nəsə tapmaq mümkündür, bu hadisədə də ən böyük təsəlli Arif müəllimin sağlığıdır.

Arif müəllim söyləyir ki ” Mənim üçün ən böyük xoşbəxtlik, kimsəyə zərər vermədən,  bir canlıya xəsarət yetirmədən qəzanı adlatmağımdır. Əks halda, vicdan əzabı ilə yaşaya bilməzdim. Hər gecə yatanda hamı kimi mən də yaradanıma hesabat verir, vicdanımı sorğu-sual edirəm. Çox şükür, Tanrı məni ritorik suallarla, vicdan hıçqırtıları,  üsyanlı monoloqlarımla gecələrə yoldaş etmədi. Məni nə öz sağlığım, nə də avtomobil maraqlandırır”.

Təbii ki, onu maraqlandıran nəsnələrdən biri də sevimli işi və tezliklə işinin başına dönməsi idi.

Napaleon söyləmişdir ” İdarə etmək çox çətindir, əgər bunu təmiz vicdanla edirsənsə” Arif müəllim bu çətinliyi öhtəsinə götürüb  bu yolda vicdanla addımlayan redaktorlardandır.

Ağır yol qəzasından Yaradanın köməyilə xilas olan Arif Baratzadə, onun köməyilə də işinə davam edəcək. İzləyicilər saytımızı izləməyə davam etsinlər. Daha operativ, qərəzsiz və dəqiq informasiyalarla saytlar fəaliyyətini davam etdirir.

Bu yolda Arif Baratzadəyə və redaksiyanın əməkdaşlarına uğurlar arzulayırıq.

Elida Laçın




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR