Son Xəbər: MSK nəticələri Konstitusiya Məhkəməsinə göndərdi, Fransa Ermənistanı növbəti fəlakətə sürükləyir - ŞƏRH, İkinci sui-qəsd: Trampın reytinqi yenə qalxdı, Mehriban Əliyevadan Bilik Günü ilə bağlı - Paylaşım, Bakının bütün yolları tam olaraq açıldı, Rusiya ordusunda yeni həbslər - Təcili, Payız üçün ən ideal istirahət şəhəri – Tarixi abidələr, çimərliklər, Konsert zamanı səhnədə əlbəyaxa dava etdilər, İlk dərs günü şagird sinif yoldaşını bıçaqladı, Sabah yağış yağacağı gözlənilir - PROQNOZ,

Müdafiə Nazirliyinin daha bir sabiq rəisi həbs olundu

Müdafiə Nazirliyinin daha bir sabiq rəisi həbs olundu

Tarix: 9-08-2024, 19:20

 

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov həbs edilib.

Polkovnik korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb edilib.

Sabiq idarə rəisi 10 gün əvvəl həbs edilən Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınov və digərləri ilə əlbir olaraq xüsusilə külli miqdarda (659 min manat) dövlət vəsaitini mənimsəməkdə və külli miqdarda rüşvət almaqda ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 311.3.2–ci (dələduzluq-təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə polkovnik Məmmədov haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.(Qafqazinfo)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR