Son Xəbər: "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq, Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib, Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib, Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib, Sentyabrın pensiya ödənişləri yekunlaşıb, FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib, Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur,

Bakıda maskalı şəxslər restoranın kassasını talayıblar

Bakıda maskalı şəxslər restoranın kassasını talayıblar

Tarix: 11-02-2025, 12:19

Bakıda quldurluq əməlini imitasiya edərək restoranın kassasını talayan şəxslər saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 8-i səhər saatlarında paytaxtın Nəsimi rayonu ərazisində yerləşən restoranların birində quldurluq faktının baş verməsi barədə polisə məlumat daxil olub.

Zərərçəkən şikayətində bildirib ki, çalışdığı restorana hücum edən maskalı şəxslər ona dəmir parçası ilə fiziki zor tətbiq edərək obyektin kassasında olan 3100 manat nağd pul və 1100 manat dəyərində planşeti talayıblar.Nəsimi Rayon Polis İdarəsinin və 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılıb.

Həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Eltun Mahmudov və Amil Rəhmətov saxlanılıblar. Amma araşdırmaların gedişi zamanı polis digər qaranlıq məqamlara da aydınlıq gətirib. Həmin şəxslər özünü zərərçəkən şəxs qismində istintaqa təqdim edən Amal Kakayevlə əlbir olduqlarını və quldurluq görüntüsü yaradaraq polisə yalan məlumat verdiklərini bildiriblər. Onlar əvvəlcədən əlbir olub cinayət əlaqəsinə girərək restoranın kassasını talamaq üçün bu üsula əl atıblar. Tədbirlərin davamı olaraq A.Kakayev də saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR