Son Xəbər: Hakan Fidan İraqa səfər edəcək, Rusiya MN "QUR"un xüsusi təyinatlı qüvvələrinin məhv edildiyini açıqlayıb, Astarada qanunsuz ov edən şəxslər saxlanılıblar, Rusiya "İskəndər"lə Nikolayev şəhərinə zərbə endirib, 1 nəfər ölüb, 15 nəfər yaralanıb, Ukrayna kəşfiyyatı Moskva vilayətindəki neft məhsulları kəmərini partladıb, Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı, Lukaşenko ABŞ və Litvanı söydü, Vyanada "Arşın mal alan" operettasının yeni quruluşda premyerası keçirilib, Bakıda arvadını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub, Ərdoğan da İrəvana getməyəcək?,

Astarada qanunsuz ov edən şəxslər saxlanılıblar

Astarada qanunsuz ov edən şəxslər saxlanılıblar

Tarix: Dün, 14:54

Astara polisi qanunsuz ov edən şəxsləri saxlayıb.

Polis əməkdaşları tərəfindən təbiətin mühafizəsi və qanunsuz ov hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ərçivan qəsəbəsi, Şiyəkəran və Kələdəhnə kəndlərinin ərazisində keçirilən növbəti tədbirlər zamanı çöl quşlarının qanunsuz ovu ilə məşğul olan R.Feyziyev, R.Mahmudov, X.Məmmədov və Ş.Feyziyev saxlanılıblar.
Onlardan qanunsuz ovladıqları müxtəlif növ çöl quşları, ov alətləri və digər ləvazimatlar aşkar olunaraq götürülüb.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR