Son Xəbər: Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq, Azərbaycan idmançılarının növbəti reytinqi açıqlanıb, İlham Əliyevin sosial media hesablarında "ŞƏT plyus" formatında görüşündəki çıxışına dair paylaşım edilib, "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribuna quraşdırılıb, Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir, İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib, Ərdoğan: Türkiyə sülh və sabitlik naminə işləməyə davam edəcək, Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq, Kiyevdə Rusiya PUA-larının hücumundan sonra 16 mərtəbəli binada yanğın baş verib, Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir,

Buzovnada maşın piyadanı vuraraq öldürüb

Buzovnada maşın piyadanı vuraraq öldürüb

Tarix: 22-01-2026, 10:44

Buzovnada maşın piyadanı vuraraq öldürüb

Bakıda maşın piyadanı vururaq öldürüb.


Hadisə ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.


Bildirilib ki, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində səhər saat 7 radələrində yol-nəqliyyat hadisəsi baş verib. Paytaxt sakini Şəhriyar Qurbanzadənin idarə etdiyi “Mercedes” markalı avtomobil yolu müəyyən olunmamış yerdən keçməyə çalışan Nuridə Vəliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.


Qeyd edilib ki, yeni həftənin ilk günlərində piyadaların vurulması ilə bağlı 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, onlardan 4-ü ölümlə nəticələnib. Aparılan təhlillər göstərir ki, bu hadisələrin əksəriyyəti sutkanın qaranlıq vaxtında, yaşayış məntəqələrində baş verib və əsas səbəblər piyadaların yolu müəyyən edilməmiş yerlərdən keçməsi, təhlükəsizlik tələblərinə laqeyd yanaşması ilə bağlı olub.


Bir daha diqqətə çatdırılır ki, yol hərəkəti bütün iştirakçılar üçün ümumi istifadə məkanıdır və burada müəyyən edilmiş qaydalar hər kəs üçün məcburidir. Yol hərəkəti qaydalarına əməl etməmək yalnız öz həyatını deyil, eyni zamanda digər hərəkət iştirakçılarının taleyini də təhlükə altına qoyur.


Piyadaların üzərinə düşən ən sadə, lakin həyati əhəmiyyət daşıyan tələb yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətli şəkildə keçməkdir. Bu qaydalara riayət edilməməsi ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.


"Hörmətli piyadalar, unutmayın: yol hərəkəti qaydalarına biganə yanaşma faciə riskini artırır. Təhlükəsizlik hər kəsin şəxsi məsuliyyətidir",- məlumatda qeyd edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR