Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Səidə Haqverdiyevanın həbsi tələb edilir

Səidə Haqverdiyevanın həbsi tələb edilir

Tarix: 17-02-2026, 16:33

Azərbaycan Dövlət Kukla Teatrının keçmiş quruluşçu rejissoru Səidə Haqverdiyeva xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Hazırda həbsdə olan hakim Elsun Əhmədovun qardaşı Əfsun Əhmədov və həyat yoldaşı aktrisa Nərmin Əhmədova onun cinayət məsuliyyətinə cəlb edilməsini tələb ediblər.

Səidə Haqverdiyevanın vəkili Asim Abbasov bildirib ki, hazırda şikayət ərizəsində bir sıra nöqsanlar olduğundan onların aradan qaldırılması üçün məhkəmə prosesləri bir neçə dəfə təxirə salınıb: “Səidə xanım mətbuatdakı çıxışında Nərmin Əhmədova haqqında fikirlərini bildirib. Həmçinin bəzi media subyektləri özləri N.Əhmədovanın həyat yoldaşı Əfsunun Mədəniyyət Nazirliyi ilə əməkdaşlığı haqqında araşdırmalar edib, məlumatlar yayıb. Onun fəaliyyəti haqqında edilmiş araşdırmaların bizə hər hansı aidiyyəti yoxdur”.

Nərmin və Əfsun Əhmədovlar S.Haqverdiyevanın Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148 (təhqir) maddələri ilə təqsirləndirilməsini istəyiblər.

Şikayət Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədovun icraatına verilib. Məhkəmə iclasları 2 dəfə təxirə salınıb.

Qeyd edək ki, yuxarıdakı maddələr üzrə təqsirli bilinən şəxslər azadlıqdan məhrumetmə, islah işləri və ya cərimə cəzasına məhkum edilə bilərlər.(“Qafqazinfo”)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR