Son Xəbər: Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb - VİDEO, Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib, Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq, Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək, İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub, Qəhrəmanın Taleyi – Millətin Yaddaşına Həkk Olan Ömür, Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib, “Ağcabədi batalyonu”nun komandiri vəfat etdi, İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı körpə öldü, Prezidentin sosial şəbəkə hesablarında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edildi,

İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı körpə öldü

İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı körpə öldü

Tarix: Bugün, 10:30

Bu gün saat 05 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Qəbələ rayon sakini Nicat Əsgərovun idarə etdiyi “VAZ-2115” markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı qız hadisə yerində vəfat edib.

Həmçinin avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan da xəsarət alıb.

Qəzaya düşənlər bir ailənin üzvləridir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan saytımıza bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR