Son Xəbər:
Tarix: Bugün, 12:11
Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb.
Hadisə ötən gün şəhərin Nizami küçəsində qeydə alınıb.
Belə ki, 2024-cü il təvəllüdlü M.A. yaşadığı evin eyvanından ehtiyatsızlıqdan yıxılıb.
Xəstəxanaya yerləşdirilən körpə orada ölüb.
Faktla bağlı araşdırma aparılır.