Son Xəbər:
Tarix: Bugün, 10:25

Oğuz rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən Elşad Əzizov (41 yaş), Tural Əsgərov (42 yaş), Siyavuş Məmmədov (61 yaş) və İlqar Zeynalov (62 yaş) saxlanılıblar.
Onların üzərindən və yaşadıqları ünvanlardan 1 kiloqramdan artıq marixuana, həmçinin 1 ədəd odlu silah aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.