Son Xəbər: SEPAH: ABŞ-ın Hörmüz boğazı ilə bağlı açıqlamaları açıq-aşkar yalandır, AAYDA vətəndaşlara müraciət edib, Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb, "Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir, Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır, Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır, Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək, Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib, Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik, Ukrayna Rusiyaya məxsus təyyarəni aerodromda vurub,

AAYDA vətəndaşlara müraciət edib

AAYDA vətəndaşlara müraciət edib

Tarix: Bugün, 11:17

 Yol kənarındakı qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vətəndaşlara müraciətində bildirilir.

"Sürətli magistral və ödənişli avtomobil yollarının kənarlarında quraşdırılan qoruyucu dəmir torlar vəhşi və ev heyvanlarının hərəkət hissəsinə çıxmasının qarşısını almaqla yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Lakin bəzi hallarda bu torların ayrı-ayrı şəxslər tərəfindən zədələnməsi və ya qırılması nəticəsində heyvanların avtomobil yoluna çıxmasına şərait yaranır. Bu isə sürücülər üçün gözlənilməz təhlükə yaradır və ağır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır", - deyə müraciətdə qeyd olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR