Son Xəbər: Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH, Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq, Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb, M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək, Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ, Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq, İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib, Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir, Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi, Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq,

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Tarix: Dün, 14:43

 Bakıda məktəbli qıza qarşı əxlaqsızlıq hərəkətləri etmiş şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində 2000-ci il təvəllüdlü V.Abbasova hökm oxunub.

O, Cinayət Məcəlləsinin 150.2-1.1-ci (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq əməlləri) maddəsi ilə təqsirli bilinib.

Məlum olub ki, V.Abbasov paytaxtın Qaradağ rayonunun Qızıldaş qəsəbə sakinidir və “Sədərək” ticarət mərkəzində satıcı kimi işləyib. O, Lökbatan qəsəbəsində olarkən avtobusdan düşən 17 yaşlı məktəbli qızı görüb və izləyib. Qızın ardınca binanın dəhlizinə daxil olan 26 yaşlı oğlan ona hücum edərək ağzını bağlayıb və seksual xarakterli zorakılıq hərəkətləri törədib. Hadisə barədə polisə məlumat verildikdən sonra əməliyyat-axtarış tədbirləri həyata keçirilib və V.Abbasov saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Abbasova 5 il həbs cəzası verilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR