Son Xəbər: Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb, Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib, Azərbaycanın çoxvektorlu diplomatiyası - İlham Əliyevin yeni mesajları - ŞƏRH, Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb, Hörmüz boğazında gəmiyə zərbə endirilib, 11 hindistanlı yaralanıb, Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsi hazırlanıb, TBMM-in sədr müavini Bekir Bozdağ istefa verib, Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib, Bolqarıstanın Qara dənizdəki iqtisadi zonasında ticarət gəmiləri dronla vurulub, Türkiyə Ukraynaya “Korkut” zenit kompleksləri verib,

Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb

Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb

Tarix: Dün, 18:08

 Polşada Poznandakı məktəbi və dəmir yolu vağzalını partlatmaqla hədələyən 19 yaşlı gənc saxlanılıb.

Bu barədə RMF24 radiostansiyası məlumat yayıb.

Qeyd olunub ki, o, sentyabrın sonlarında bir neçə müəssisənin elektron ünvanlarına partlayıcı maddələrdən istifadə hədələri olan məktublar göndərib. Məktublarda o, dəmir yolu vağzalını, məktəbi və s. partlatmaqla hədələyib. Məktubların birində özünü məktəb şagirdi kimi təqdim edərək, siniflərdən birində partlayıcı qurğuların köməyi ilə özünü partlatmaqla hədələyib.

"Hədələri həyata keçirməkdən imtina etmək müqabilində o, Poznanın Stşeşin rayonundakı parkda çamadanın içində qoyulmalı olan 300 min zlotı (77 min dollardan çox) nağd pul tələb edirdi", - polisdən bildirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbi, vağzalı və digər yerləri diqqətlə yoxlayıb və bu yerlərdə heç bir partlayıcı qurğu aşkar etməyiblər.

Kibercinayətkarlıqla Mübarizə üzrə Mərkəzi Büronun mütəxəssisləri məktubların müəllifinin yaşayış ünvanını müəyyən edib və onun evindən elektron cihazları müsadirə ediblər. Gəncə yalançı həyəcan qaldırmaqla bağlı ittiham irəli sürülüb ki, buna görə də onu 8 il azadlıqdan məhrumetmə cəzası gözləyir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR