Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Rəşad Dağlıya 2-ci dəfə cəza verildi - SƏBƏB

Rəşad Dağlıya 2-ci dəfə cəza verildi - SƏBƏB

Tarix: 20-04-2021, 18:32


Tanınmış meyxanaçı Rəşad Dağlı (Əmirov Rəşad Vaqif oğlu) növbəti dəfə karantini pozub.

Mediabiz.az-ın xəbərinə görə, aprelin 19-da Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı "Quba city" restoranında məclis təşkil edildiyi aşkarlanıb.

Araşdırma zamanı məlum olub ki, məclisdə meyxanaçı Rəşad Dağlı da iştirak edib.

Rəşad Dağlı və onun dostları karantin qaydalarını pozduqları üçün ümumilikdə 82 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Qeyd edək ki, Rəşda Dağlı ötən ilin avqust ayında da karantin qayalarını pozduğu üçün cərimələnmişdi. O, avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat etmiş meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində iştirak etmişdi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR