Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Koronavirusun qurbanı olan sənətkarlar – VİDEO

Koronavirusun qurbanı olan sənətkarlar – VİDEO

Tarix: 27-04-2021, 23:16


2019-cu ildə Çində peyda olan və bütün dünyada sürətlə yayılmağa başlayan koronavirus (COVID-19) təhlükəsi bu günədək davam edir.

“Qafqazinfo” xəbər verir ki, virusdan dünyada 3 milyon 134  min 303 nəfər, Azərbaycanda 4 min 429 nəfər həyatını itirib.

Ölkəmizdə ilk dəfə ötən ilin fevralında qeydə alınan “COVID-19”dan dünyasını dəyişənlər arasında mədəniyyət üzvləri, incəsənət xadimləri, yazar da var.   Belə ki, 1939-cu il təvllüdlü Xalq artisti Teymur Mustafayev virusdan həyatını itirən ilk mədəniyyət üzvlərindən biridir. Məşhur xanəndə ötən ilin iyun ayında virusun qurbanı olub.

AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Babayev də “COVID-19”a yoluxanlar məşhurlardandır.  O, 2020-ci ilin iyul ayında koronavirusla mübarizədə məğlum olaraq vəfat edib.

Ötən ilin sonunda Xalq artisti Sabir Əliyev virusa yoluxaraq xəstəxanaya aparılmış, reanimasiyaya yerləşdirilmişdi. 72 yaşlı muğam ustadı qısa müddət sonra “COVID-19”dan həyatını itirmişdi.

2021-ci ildə mədəniyyət sahəsində koronavirusdan dünyasını dəyişən ilk şəxs Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov olub.  1939-cu il təvəllüdlü Əkbərov virusun qurbanı olub.

“COVID-19”la mübarizədə məğlub olan digər tanınmış şəxs yazıçı Azər Abdulla (Əhmədbəyli) olub.  

Aprelin 5-də Xalq artisti Rafiq Hüseynov da (Rəmiş) koronavirusdan dünyasını dəyişib.  Ciyərlərində problem yaranan və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilən Rəmiş virusa yoluxduqdan sonra vəziyyəti ağırlaşmış, həyatını itirmişdi.

Bu ayın əvvəlində daha bir mədəniyyət üzvü koronavirusa məğlub olub.  Belə ki, Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev 73 yaşında virusdan həyatını itirib.

Bir neçə gün bundan əvvəl Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev də “COVID-19”dan həyatını itirib.  

Dünən isə Əməkdar artist Baloğlan Əşrəfov koronavirusdan dünyasını dəyişib. Xəstəliyi ağır şəkildə keçirən və 20 günə yaxındır xəstəxanada müalicə alan sənətçi 69 yaşında həyatını itirib.

[media=https://youtu.be/BVxCRpDFoNM]




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR