Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

“Avroviziya”ya 3 gün qalmış koronavirusa yoluxdu

“Avroviziya”ya 3 gün qalmış koronavirusa yoluxdu

Tarix: 16-05-2021, 09:32

“Avroviziya” mahnı müsabiqəsində iştirak edəcək Polşa nümayəndə heyətinin  üzvündə ötən gün “COVID-19” aşkarlanıb.

Sonuncu dəfə mayın 13-də test verən, lakin neqativ cavab alan deleqasiya əməkdaşı koronavirusa yoluxub.

O, səhiyyə və təhlükəsizlik əməkdaşının təkidi ilə karantinə götürülüb. Tədbir məqsədilə ölkə təmsilçisi daxil olmaqla heyətin digər üzvləri də PCR testindən keçəcək və karantinə alınacaq. Həmçinin Polşa deleqasiyası bu gün keçiriləcək rəsmi açılış mərasimində yer almayacaq.

Xatırladaq ki, bu il Polşanı Rafal “The Ride” mahnısı ilə təmsil edir.

Qeyd edək ki, bir müddət öncə Ukrayna adına yarışan Go_A qrupunun solisti Katerina Pavlenkonun da səhhəti pisləşmiş, onu məşqlərdə Emmie van Stijn əvəz etmişdi. Daha sonra sənətçinin test nəticələrinin neqativ olduğu açıqlanmışdı.

Xatırladaq ki, şüarı “Open up!” olan müsabiqənin yarımfinal mərhələləri may ayının 18-i və 20-də, final mərhələsi isə mayın 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcək.

Azərbaycan təmsilçisi Samirə Əfəndi birinci yarımfinalda çıxış edəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR