Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Sabah 36 dərəcə isti olacaq

Sabah 36 dərəcə isti olacaq

Tarix: 21-05-2021, 14:30


Azərbaycanda mayın 22-də gözlənilən hava şəraiti açıqlandı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19, gündüz 28-33, Bakıda gecə 17-19, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 22-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz  21-26 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 22-də Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.  




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR