Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Xumar Qədimova: “Beyin, hətta gözlə olan xəyanəti də qəbul etmirəm”

Xumar Qədimova: “Beyin, hətta gözlə olan xəyanəti də qəbul etmirəm”

Tarix: 31-05-2021, 14:29


“Xəyanət xəyanətdir, böyüyü, kiçiyi olmur. Xəyanətin kiçiyi belə mənim üçün böyükdür. Başqasına xəyanət edən insana da qətiyyən inanmıram, qəbul etmirəm, güvənmirəm. Beyin, hatta gözlə olan xəyanəti də qəbul etmirəm”.

Bu sözləri Əməkdar artist Xumar Qədimova “Günün sədası” proqramında qonaq olarkən deyib. O, qətiyyətlə xəyanəti bağışlamadığını bildirib.

Müğənni-bəstəkar şəxsi həyatına toxunaraq çətin bir xanım olduğunu, bunun üçün daim diqqətdə qaldığını qeyd edib: “Mən hamı kimi deyiləm, çətin qadınam. Biri var idi, yaxınlarımdan birinə demişdi ki, Xumarı çətin qadın olduğu üçün sevirəm. Və tənbeh etmişdi ki, bu barədə mənə deməsin. Çünki biləndən sonra daha da çətin biri olacağımdan qorxurdu.

Kişi var ki, zəif qadınları sevir. Özünü güclü hiss etmək üçün... Mən isə güclüləri sevirəm. Mənim üçün kişi diqqətli, qayğılı, vicdanlı olsun. Sevsin, oynamasın, dürüst olsun!”

Bundan əlavə, X.Qədimova hədsiz dərəcədə qısqanc olduğunu ifadə edib: “Qısqancam, hər şeyi qısqanıram. Allah göstərməsin, dərdimi belə qısqanıram. Arada səmimi olmağı da qısqanıram. Elə insanlar var ki, onlarla səmimi olmaq, dərdini danışmaq olmaz. Çox az insan var ki, həyatını bölüşə bilərsən. Onlar ailədir. Mənim fəxr edəcəyim valideynlərim olub. Ana-atanın ən pisi də yaxşıdır. Amma lap yaxşı olanlar da var. Öz doğmalarım, bacılarım var. Anam, atam fədakar idi. Bacılarım və həyat yoldaşları üçün nələr qoyub getdi. Söhbət maddiyatdan gedir. Rahatlıq deyilmi? Ömürlərinin axırınadək bəsdir”.

Əməkdar artist pandemiya dövründə ayrılanlar arasında sədaqətin olmadığını söyləyib: “Sədaqət, vəfa yoxdur. Əsl sevgi odur ki, ən çətin gündə ayaqüstdə qalsın. Pandemiya dövründə düşünürdüm ki, daha çox bağlılıq olacaq. Amma əksər sevgililər ayrıldı. Amma yaxşı ki, belə alındı”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR