Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Aşıq Namiq daha bir qadına seksual zorakılıq edib? - “Mənə dedi ki...”

Aşıq Namiq daha bir qadına seksual zorakılıq edib? - “Mənə dedi ki...”

Tarix: 16-07-2021, 16:05

Tanınmış aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) barəsində hüquq-mühafizə orqanlarına şikayət daxil olub.

Mediabiz.az
"Report"a istinadən xəbər verir ki, şikayətçi E.R. (şərtidir - "Report") hüquq-mühafizə orqanlarına şikayət edərək N.Fərhadoğlu tərəfindən döyüldüyünü və aşığın ona qarşı seksual xarakterli hərəkətlər etdiyini iddia edib.

N.Fərhadoğlu açıqlamasında qeyd olunan şikayət üzrə polis şöbəsinə çağırıldığını və ifadə verdiyini təsdiqləyib. Lakin o, barəsində verilən ittihamları qəbul etmədiyini, bunun yalan və şər olduğunu bildirib.

N.Fərhadoğlu onda kamera görüntülərinin olduğunu bildirərək bunları polisə təqdim edəcəyini deyib.

"Həmin qadın mənə deyib ki, tanışın çoxdur və oğlumu məktəbə düzəlt. Mən də ona demişəm ki, mənim orada tanışım yoxdur. Axı, sən mənim əmimqızı deyilsən, dayımqızı deyilsən və real həyatda da səni tanımıram. Sən mənə de ki, oğluma saz öyrət, onu efirə çıxart və s . - bunları edə bilərəm. Başa düşmürəm, axı qadını niyə döyməliyəm? Qadını döyərlər heç? Bu, sadəcə olaraq bir tanış aşığın oyunudur. Hazırda polisdə araşdırma aparılır", - aşıq Namiq Fərhadoğlu əlavə edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR