Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

"Telefon nömrəmi gəlinimə verib dedim ki..." - Nadir Qafarzadə

"Telefon nömrəmi gəlinimə verib dedim ki..." - Nadir Qafarzadə

Tarix: 19-07-2021, 11:45


Müğənni Nadir Qafarzadə bir neçə gün əvvəl oğluna nişan edib.

“Zaurla Günaydın” verilişinə qonaq olan sənətçi, ilk dəfə bu haqda danışıb. Nadir oğlu Loğmanın 4 ildir sevdiyi xanımla nişanlandığını bildirib:

“Nişan kimi böyük elçilik oldu. Bu tamam başqa hisslərdir. Sadəcə yaşayanlar bilər. Həmişə toylarda olanda valideynlər deyirdilər ki “Həyəcanlıyıq Nadir bəy”. Mən onları indi başa düşürəm. Telefon nömrəmi gəlinimə verib dedim ki, qızım əgər bir istəyin olsa oğluma demə, məndən istə... Hələ mən varam. Oğlumla gəlinim bir yerdə işləyiblər. Orada tanış olub, bir-birlərini seviblər. Oğlum bizə heç nə demirdi, gizlədirdi, deyirdi ki “Evlənməyəcəm”. Gəlinimin anası gürcüstanlı, atası isə naxçıvanlıdır. 1 ildir atası vəfat edib. Əsl istədiyimiz kimi, ziyalı ailəsidir”.

Qeyd edək ki, cütlüyün toyu məhərrəmlikdən sonra olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR