Son Xəbər: Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək - ŞƏRH, Azərbaycan-Aİ münasibətlərinin perspektivi müzakirə edilib, Əli Abdullahi: Hörmüzün blokadaya alınması ABŞ və İran arasında atəşkəsin pozulmasına səbəb olacaq, Bəqayi: İran və region ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilər, Ceyhun Bayramov İsveçrə dövlət katibinin müavinini qəbul edib, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin iclası keçirilib, Ərdoğan: Türkiyə ABŞ ilə İran arasında atəşkəsin uzadılması üçün təkliflər verir, Latviya Prezidenti gələn həftə Azərbaycana səfər edəcək, "Araz Saatlı"nın rəsmisi futbolçuları və hakimləri təhdid etdiyinə görə 5 oyunluq cəzalandırılıb, Binəqədidə mebel sexinin fəaliyyəti dayandırılıb - VİDEO,

Azərbaycanlı məşhurlardan yanğınlarla bağlı Türkiyəyə dəstək mesajları

Azərbaycanlı məşhurlardan yanğınlarla bağlı Türkiyəyə dəstək mesajları

Tarix: 30-07-2021, 16:53


Türkiyədə baş verən meşə yanğınları ilə bağlı azərbaycanlı məşhurlar da dəstək məqsədli paylaşımlar ediblər. 

Mediabiz.az bildirir ki, müğənni Xatirə İslam dünyanı dağıdanın, yandıranın insan olduğunu deyib. 

"Sonra da deyirik, insanları niyə azaltmaq istəyirlər? Təbiəti  məhv edən, heyvanları öldürən ekologiyanı korlayan insandır. Okeanın ortasında dünya boyda butulka zibilliyi yaradan insandır” , - deyə ifaçı qeyd edib.

İfaçı Abbas Bağırov qardaş ölkəyə başsağlığı verib: "Bu vəhşiliyi edənlərin Allah bəlasını versin!”.
Aparıcı Zaur Baxşəliyev yanğınlarda zərər görən insanlara səbr diləyib: "Bu dünyada insanların canını yandıranlar, o dünyada cəhənnəm odundan qurtula bilməyəcək”.

Prodüser Tarix Əliyev də Türkiyəyə dəstək olanlar sırasında yer alıb. O, qardaş ölkənin yanında olduğunu vurğulayıb: "Bunu kim edibsə, Allahdan cəzasını alacaq”.

Digər aparıcı Vüsalə Əlizadə isə təbiətin bütün şərəfsizliklərin qurbanı olduğunu qeyd edib: 
"Bağışlaya biləcəksənmi bu acgöz, mundar məxluqları? Başınız sağ olsun,  qardaş ölkəm. Bizim də canımız yandı”.

Xalq artisti Faiq Ağayev bütün dünyanı yardım etməyə çağırıb:

"Türkiyəni yanğınlar bürüyüb. Adana, Muğla, Mersin, Bodrum, Osmaniye, Kayseri, Marmaris, Didim, İzmir, Kocaeli, Kozam, Kütahya... Manavqatdakı dostlarım imdad edir. Allah rəhmini göstərsin! Qardaş Türkiyə üçün dua edirik. Onları tək qoymayaq!”.

Meşə yanğınları ilə bağlı paylaşım edənlər arasında  Röya, Aygün Kazımova, Flora Kərimova, Xuraman Şuşalı və başqaları da olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR