Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Xalq artistindən Xoşqədəm Hidayətqızının ünvanına KƏSKİN SÖZLƏR: "Anormal insanı tovlayıb..."

Xalq artistindən Xoşqədəm Hidayətqızının ünvanına KƏSKİN SÖZLƏR: "Anormal insanı tovlayıb..."

Tarix: 13-01-2020, 10:45

Xalq artisti Brilliant Dadaşova bir neçə ay əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində müəmmalı şəkildə yoxa çıxan, ötən həftə yandırılmış meyiti tapılan Nərmin Quliyevanın ölümündə Xoşqədəm Hidayətqızını ittiham edib.

Publika.az xəbər verir ki, Xalq artisti bu barədə instaqramda status yazıb. O, ad çəkməsə də, sözlərin "Səni Axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızına ünvanlandığı iddia olunur:

"Əziz dostlar gözəl bilirəm ki, onsuz da ayağımın altını qazımaq üçün fürsət axtaranların sayı artacaq. Psixologiyanı bilməyən, incə ələyib, sıx toxumaqdan bixəbər olanlar, yüz ölçüb bir biçə bilməyən insanlar ictimai proqram aparmamalıdır. Bir körpənin həyatıyla oynanıldı. Susaq deyirəm, uşağın ağlamaq səsi qulağıma gəlir. Kaş o proqramda hədə-qorxu gəlmək əvəzinə deyərdiniz ki, gəl sənə muştuluq-hədiyyə verəcəyik – psixoloji cəhətdən anormal insanı tovlayıb ortaya çıxarmaq daha asan olardı. Amma harda... Zaur Baxşəliyevə və Aytən Səfərovaya təşəkkür edirəm. Az da olsa, yaramıza məlhəm sürtdünüz".

Xatırladaq ki, bu, iki məşhur arasında ilk qalmaqal deyil. Tanınmış jurnalist Xoşqədəm Hidayətqızı bir neçə il əvvəl müğənni Brilliant Dadaşovanın "TMB" kanalında yayımlanan verilişini bəyənmədiyini bildirmişdi. O, "TMB"də Dadaşovanın verilişinə baxıram. Bu ne yaaa…Dadaşovanın səsində problem var sanki. Türk müsafir sözün əsl mənasında ona oxumağın necə olduğunu göstərdi", - deyə qeyd etmişdi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR