Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

“TRT Lalənin dekoltesini bağlatdırdı” - Elnarə

“TRT Lalənin dekoltesini bağlatdırdı” - Elnarə

Tarix: 7-02-2022, 10:38


Müğənni Elnarə Xəlilova onun geyim tərzini tənqid edən stilist Elnur Həsənova cavab verib.


Bu barədə o, “Şourum” verilişində danışıb.


İfaçı dəb bilicisinin əl işlərini bəyənmədiyini bildirib. Xəlilova Əməkdar artist Lalə Məmmədovanın Türkiyənin TRT telekanalında qatıldığı verilişdə əynindəki geyimini buna misal çəkib:


“Elnurun geyindirdiyi, Elnurun yaratdığı Lalə Məmmədova obrazında dərin dekolte var idi. Bunu mən gördüm və gördüm ki, TRT o dekolteni bağlayıb. Özü də yaşıl parça ilə. Qara paltarı yaşıl parça ilə bağlamışdılar. Zövqdən danışırıqsa, biri mənə başa salsın ki, qara parçanın yanında yaşıl parça nə gəzirdi. Bu mənim zövqüm deyil. Mən elə geyinməzdim. Sözüm həmkarlarımadır. Heç kim özünü pis hiss etməsin, heç kim dediyim sözü şəxsisinə qəbul etməsin, çünki söhbət obrazdan gedir, sizin şəxsiyyətinizdən yox.


Qeyd edək ki, daha əvvəl Xəlilova instaqram hesabında ad çəkmədən Həsənova bir işlə məşğul olmasını, sadəcə makiyaj etməsini təklif etmişdi: “Məncə, sən bir iş görsən olar. Ya vizaj et, ya da kolor. Geyim sənlik deyil, inan. Pornoqrafik, ürəkbulandıran sonuncu obrazlarının TRT-dən sorağı gəlir”.


Məmmədovanın isə cavabı belə olmuşdu: “Həddini bilmədikdən sonra çox şey bilmək mənasızdır. Susqunluq heç kimi çaşdırmasın. Çünki susan danışsa, dözən olmaz. Bu arada TRT-yə qucaqdolu sevgilər və salamlar”.  


Xatırladaq ki, L.Məmmədovanın TRT-də qonaq olduğu “İpek Açar ile ipek yolu” verilişi yanvarın 13-də efirə gedib. 

[media=https://qafqazinfo.az/uploads/1644213656/271393696_153378157039861_8146732947093788853_n.jpg]“TRT Lalənin dekoltesini bağlatdırdı” - Elnarə




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR