Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Tanınmış şair: "Ərim məni elə gözəl döydü, dedim, əllərinə qurban olum"

Tanınmış şair: "Ərim məni elə gözəl döydü, dedim, əllərinə qurban olum"

Tarix: 10-03-2022, 07:46

Tanınmış şair Cığatel İsaqızı "Onun sirri" verilişində qonaq olub.

Şairə proqramda şəxsi həyatından danışıb.

Cığatel İsaqızı həyat yoldaşının ona xəyanət etdiyini və şiddətə məruz qaldığını etiraf edib:

"Bir xəstəliyim var. Məni vur, öldür, xəyanət et, başıma yüz oyun aç, amma sözün düzünü danış. Düz danışan adam üçün ölümə gedərəm. Həyat yoldaşım da xasiyyətimə bələd idi, çünki əvvəldən demişdim ki, nəbadə aramızda belə bir şey olmasın. Xəyanəti bağışlaya bilirəm, ancaq yalanı yox. Xəyanətini özü mənə etiraf etdi.

Ömrümdə bir dəfə idi, həyat yoldaşıma özümü yaxşıca döydürdüm. Elə gözəl döydü ki... Məni qəşəngcə sillələdi, sanki o qısqanclıqdan azad oldum. Vururdu, qarşısında durmuşdum, tərpənmirdim. Sonra dedim ki, əllərinə qurban olum. Nə gözəl etdin, təşəkkür edirəm. Elə bildi ki, dəli olmuşam, məni silkələdi. Dedim qorxma, dəli olmamışam. Yəqin ki, sevgidən azad oldum".

Axşam.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR