Son Xəbər: Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub, Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir - TƏHLİL, İmişlidə zəlzələ olub, Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir, İlham Əliyev Donald Trampı təbrik edib, Hərbi vəzifəlilər təlim toplanışında praktiki atış çalışmaları icra ediblər, Neftin qiyməti 72 dolları ötüb, DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib, İctimai etimadın zirvəsində: İlham Əliyevin liderliyinə yüksək dəstəyin səbəbləri - ŞƏRH, Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub,

Bakıda klip çəkilişi zamanı insident: Müğənni tutuldu

Bakıda klip çəkilişi zamanı insident: Müğənni tutuldu

Tarix: 10-06-2022, 17:14

 
Bu günlərdə Bakının Nizami rayonunda klip çəkilişi zamanı insident baş verib.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ə.Vəliyev küçəsi 7A ünvanındakı çoxmərtəbəli binanın damında baş verib.

Belə ki, saat 22 radələrində gənc müğənni Nemət Mirzəyevin ifa etdiyi mahnıya klip çəkmək üçün çəkiliş qrupu həmin binanın damında səhnə qurub. İşıq və kamera avadanlıqları quraşdırıldıqdan sonra rejissorun dəvət etdiyi texniki çəkilişdə effektivliyin artırılması məqsədilə səhnəyə süni tüstü buraxılıb.

Binanın damında çəkilişin getməsindən xəbərsiz olan sakinlər tüstülənməni görərək təşviş keçiriblər və Fövqəladə Hallar Nazirliyinin “qaynar xətti”nə müraciət ediblər. Bir neçə dəqiqə sonra əraziyə yanğınsöndürmə briqadası və polis əməkdaşları gəliblər. Onlar binanın damına qalxdıqda orada 5 nəfərin səhnə qurub klip çəkdiklərini görüblər.

Damda icazəsiz klip çəkən və sakinlərin narahatlığına səbəb olan şəxslər saxlanılaraq Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə aparılıb.

Daha sonra onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndəriliblər. Nizami Rayon Məhkəməsinin qərarı ilə müğənni Nemət Mirzəyev, rejissor və digər 3 nəfərin hər biri 100 manat məbləğində cərimə ediliblər və məhkəmə zalından sərbəst buraxılıblar.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR