Son Xəbər: İlham Əliyev Ərdoğana başsağlığı verib, Şəkiyə 33 sm qar yağıb - Faktiki hava, Azərbaycan neftinin qiyməti 100 dollara düşüb, Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib, Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq,

Zaur Kamal iranlı müğənnini efirdən qovdu - VİDEO

Zaur Kamal iranlı müğənnini efirdən qovdu - VİDEO

Tarix: 30-06-2022, 09:59

 

"ARB" kanalında yayımlanan "Həmin Zaur" verilişində gərgin anlar yaşanıb.

Aparıcı Zaur Kamal verilişində qonaq olan Afşini studiyadan çıxarıb. Belə ki,  müğənni aparıcının "İrandan çoxsaylı tamaşaçımız olduğu üçün buradasınız" sözlərinə "O sizin fikrinizdir, mən heç nə deyə bilmərəm. Bizim yanımızda böyük hörmətiniz var. Yəni deyirsiniz ki, məni Azərbaycanda sevmirlər?" Zaur isə öz növbəsində "Şəhərdə müsahibə götürdük, adını bilmirlər, amma mahnılarınızı eşidiblər. Efirdən əvvəl mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi. Dediniz ki, Ali Porme və ya digər iranlı müğənnilər kimdir ki, mənim yanımda? İranda səhnələri doldururam".

Bundan sonra Zaur “Efirdən kənarda mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi” deyərək ifaçıdan verilişi tərk etməsini istəyib. Afşin Azəri isə “sizin dedikləriniz yadıma gəlmir” deyərək etiraz edib. 

Zaur Kamal daha sonra “Kişilikdən deyil ki, məni görəndə kənara fırlanırsız. Mən səni bu gün efirdən çıxaracam. Sən bir də mənim proqramımda olmayacaqsan” deyərək reklam fasiləsi elan edib. 





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR