Son Xəbər: Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən, Sabah bu rayonda qaz olmayacaq, İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU, Taksilər yalnız bu rənglərdə olacaq - Qərar, Azad Rəhimovun oğlu dindirilib, Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş..., AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq, Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ, “Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”, Bağça müdiri olmaq istəyənlər imtahan verəcək,

“Vətən sevdası” sənədli filmi layihənin məqsədinə uyğun icra olunacaq

“Vətən sevdası” sənədli filmi layihənin məqsədinə uyğun icra olunacaq

Tarix: 15-09-2022, 15:30


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyi tərəfindən gənc nəsildə vətənpərvərlik ruhunu möhkəmləndirmək məqsədilə həyata keçirilən “Vətən sevdası” sənədli filminin çəkilməsi adlı layihə 15 sentyabr-15 noyabr 2022-ci il tarixləri əhatə edən 2 (iki) ay müddətində icra olunacaq.

Layihənin ideyası ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsində şəhid olmuş Azərbaycanın İsmayıllı rayonunun igidlərinin həyat və döyüş yolları təqdim edilməklə həmin şəhidlərin adları əbədiləşdirilir və, eyni zamanda, cəmiyyətimizdə, xüsusilə Azərbaycanın gənc nəslində vətənpərvərlik ruhunun, milli birliyimizin daha da möhkəmlənməsinə nail olunur. Təqdim olunan layihədə məqsəd həm də Azərbaycan ordusunun nüfuzunun cəmiyyətimizdə daha da möhkəmlənməsinə, nəhayət, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında milli birliyin daha da güclənməsinə nail olmaqdır.

Əvvəlcə “Vətən sevdası” sənədli filminin çəkilməsi üçün zəruri faktoloji materialların toplanması və müsahibələrin alınması planlaşdırılır. Çəkiliş qrupu formalaşdırılıb, mövzu üzrə olan respondentlərdən müsahibələr alınacaq. Daha sonra toplanmış materiallar əsasında “Vətən sevdası” sənədli filminin ədəbi-bədii ssenarisi yazılacaq. “Şəhidlik zirvəsi” sənədli filminin ədəbi-bədii ssenarisi hazır olduqdan sonra isə ssenari redaktə üçün filmin redaktoru tərəfindən redaktə ediləcək, sənədli filmdəki tarixi məqamlar filmin elmi məsləhətçisi tərəfindən dəqiqləşdiriləcək, zərurət yarandıqda, zənginləşdiriləcək.

Bundan sonra ssenari əsasında sənədli filmin montaj prosesi həyata keçiriləcək, mətn oxunacaq, videomontaj həyata keçiriləcək. “Vətən sevdası” sənədli filminin Azərbaycan dilində olan versiyası hazırlanaraq müvafiq ekspert rəyi alınması məqsədi ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ekspert komissiyasına təqdim olunacaq və zəruri dəyişikliklər ediləndən sonra müsbət rəy alınacaq. Növbəti mərhələdə layihə çərçivəsində hazırlanan “Vətən sevdası” sənədli filminin Bakı şəhərində yerləşən ali təhsil müəssisələrindən birində aparıcı KİV-lərin iştirakı ilə geniş ictimaiyyətə təqdimat mərasimi həyata keçiriləcək.

Sonuncu mərhələdə isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihənin icrası ilə bağlı təsviri hesabat, maliyyə hesabatı və bütün digər zəruri sənədlər təqdim ediləcək. Bu layihədən gözlənilən əsas nəticə ondan ibarətdir ki, təqdim edəcəyimiz sənədli film gənc nəslin nümayəndələrində milli şüur və milli məfkurənin formalaşmasında, şəhidliyin milli-mənəvi dəyər olaraq mənəvi dəyərlər sistemimizdə və milli dövlətçiliyimizin qorunub-saxlanması və güclənməsində yeri və rolunu izah edəcək, onlarda Vətənə, xalqa və dövlətə sədaqət və məhəbbəti daha da gücləndirəcək.

Təqdim olunan layihədən gözlənilən ən başlıca nəticə, şübhəsiz ki, ondan ibarətdir ki, təqdim edəcəyimiz sənədli film gənc nəslin nümayəndələrində milli şüur və milli məfkurənin formalaşmasında xüsusi rol oynayacaq, onlarda vətənə, xalqa və dövlətə sədaqəti və məhəbbəti daha da gücləndirəcək. Layihə həmçinin 30 ilə yaxın davam edən işğal zamanı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri cinayətlər haqqında da məlumatlar veriləcək ki, bu məlumatların gənclərimiz tərəfindən mənimsənilməsi mütləqdir.

Şahməmməd Soltanov,

“İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin sədri


 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR