Son Xəbər: Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib, Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib, Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək,

Kukla Teatrındakı yoxlamalar nə yerdədir?

Kukla Teatrındakı yoxlamalar nə yerdədir?

Tarix: 28-11-2022, 14:44

Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlama aparmaqda davam edir.

Bu barədə sözügedən teatrın mətbuat katibi Həmidə Rüstəmova feysbukda yaydığı videomüraciətdə bildirib.

Onun sözlərinə görə, yoxlamalar teatrın gündəlik işinə mane olmayıb: “Cari tamaşalarlar oynanılır, yeni tamaşalarımızın məşqləri öz tempində davam edir”.

H. Rüstəmova bildirib ki, yoxlamalar bitdikdən sonra bununla bağlı mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, noyabrın 21-dən Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlama aparır. İddia olunur ki, teatrın rejissoru Səidə Haqverdiyevanın Mədəniyyət Nazirliyini tənqid etməsindən sonra teatra qarşı təzyiqlər başlayıb və yoxlamalar da bununla bağlıdır. Nazirliyin mətbuat katibi Nuridə Allahyarova isə bildirib ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən teatrlarda yol verilən pozuntu hallarına dair  nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR