Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Əli Nur Ramiz Novruzun dəfnindəki fikirlərinə aydınlıq gətirdi - Video

Əli Nur Ramiz Novruzun dəfnindəki fikirlərinə aydınlıq gətirdi - Video

Tarix: 22-02-2023, 14:30

 
Ötən gün uzunsürən xəstəlikdən sonra dünyasını dəyişən Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzla vida mərasimində həmkarı Əli Nurun çıxışı müzakirələrə səbəb olub. Belə ki, xalq artisti R. Novruzun dəfnində Mədəniyyət Nazirliyinin heç bir nümayəndəsinin iştirak etmədiyini və aktyora laqeyd münasibət göstərildiyini qeyd edib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Qurumdan  “Qafqazinfo”ya bildirildi ki, Xalq artistinin dəfn mərasiminin təşkili ilə Mədəniyyət Nazirliyi birbaşa məşğul olub. Eyni zamanda, qurumun 4 nümayəndəsi - nazirliyin Aparat rəhbəri Vüqar Məmmədov, Teatr sektorunun müdiri Könül Cəfərova, Musiqi sektorunun müdiri Vüqar Hümbətov, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin məsul əməkdaşı Cəfər Həsənov dəfndə iştirak ediblər.
Xalq artisti Əli Nur dünən səsləndirdiyi fikirlərin sosial şəbəkələrdə müzakirə yaratdığı üçün məsələni bir daha aydınlaşdırıb. Aktyor “Qafqazinfo”ya açıqlamasında səhərdən ona davamlı zənglər gəldiyini qeyd edib:

“Mən onlara da dedim, indi də bildirirəm ki, Mədəniyyət Nazirliyinin dörd əməkdaşı vida mərasimində də, dəfn mərasimində də iştirak edib. Azərbaycan Mədəniyyət Nazirliyi böyük diqqət və qayğı ilə Azərbaycan incəsənətinə kömək edir. Bu, tək teatra aid deyil, musiqiyə, rəssamlığa, ədəbiyyata da aiddir. İnsanları işığa, sivilizasiyaya aparan mədəniyyətdir.”

Əli Nur, həmçinin mədəniyyət naziri vəzifəsini hazırda icra edən nazirin birinci müavini Adil Kərimlinin təyinatından bir neçə gün sonra onunla ad günündə şəxsən telefonla danışdığını əlavə edib: "Məni təbrik elədi, mən də ona minnətdarlığımı bildirdim. Son sözüm də bu oldu ki, Azərbaycan teatrı dövlətimizin səsidir, simasıdır, dövlətin bütün proqramını yerinə yetirən tribunadır”.

Xatırladaq ki, son zamanlar ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti Ramiz Novruzun müalicəsi də nazirlik və Heydər Əliyev Fondunun nəzarətində idi. Heydər Əliyev Fondu aktyorun müalicəsini öz üzərinə götürmüşdü. Bir müddət əvvəl Ramiz Novruzun övladları Şəfəq Novruz və Cavidan Novruz sosial şəbəkə hesablarında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya atalarının səhhəti ilə bağlı göstərdiyi dəstək və diqqətə görə təşəkkür etmişdilər.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR