Son Xəbər: İctimai etimadın zirvəsində: İlham Əliyevin liderliyinə yüksək dəstəyin səbəbləri - ŞƏRH, Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub, Sabah Azərbaycanda 36 dərəcə isti olacaq, Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib, İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçiriləcək, Xarkovda raket zərbəsi nəticəsində ölən azərbaycanlı tələbə Kürdəmirdə dəfn edilib, Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb, Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb, Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb, Suriya və Livan arasında razılaşma imzalanıb,

"Ağır xasiyyətli adamdır" - Brilliant Dadaşova

"Ağır xasiyyətli adamdır" - Brilliant Dadaşova

Tarix: 7-06-2023, 12:45

"Başqa sahədə çalışanlar da sənətlərini ailə ilə uzlaşdıra bilmirlər. Evdən başqa işlədiyi sahəyə də diqqət yetirməlidirlər. Xoşuma gəlməyən tərəf də odur ki, sənəti az olanlar bu barədə danışrlar".

Bu sözləri Xalq artisti Brilliant Dadaşova "El canlı" verilişində danışıb. Müğənni sənət adamlarının ailəsinin tez dağılması haqda sualları cavablandırıb. 

"Müəllim, həkim üçün də ailə çətindir. Bəzən başqa sənət adamları var ki, məcbur işdə çox qalırlar. Bəxtimiz gətirib ki, qadın doğulmuşuq. Bir çox məsuliyyətimiz var. Kişilərin məsuliyyəti başqa, qadınınki başqadır" deyə, o, əlavə edib.

Ailə qurmasının 35 ilini qeyd edən Dadaşova həyat yoldaşı Ədalət Hacıyevdən danışıb: "Biz evlənəndə fikirləşmirdik ki, belə yaşamalıyıq. Əvvəldən bir olmaq istəyirdik və evləndik. Səhərdən axşama kimi işdə olurdu. Mən də sənətdə idim, universitetdə təhsil alırdım. 1985-ci ildə tanış olmuşuq və bütün çəkilişlərə bir gedirdik. Bəzən ona deyirdilər ki, sənət adamıdır, necə olacaq? Cavab verirdi ki, yaxşıdır, həkim olsaydı yanında gedə bilməzdim. Sənət adamıdır, lazım olanda yanında gedə bilirəm. Səhnə arxasında yanımda olub. Ağır xasiyyətli adamdır".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR