Son Xəbər: Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb, Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib, İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər, Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq, Azərbaycan nefti ucuzlaşıb, ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb, Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur, Milli Məclisin iclası başlayıb, Ağdaşda avtomobili ildırım vurub, yanğın olub, Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək,

"Aygün Kazımovanın bu işində onların əli var"

"Aygün Kazımovanın bu işində onların əli var"

Tarix: 18-01-2024, 11:02

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımovanın 1,4 milyondan çox izləyicisi olan səhifəsi oğurlanıb.

 "Həmin Zaur"da qonaq olan müğənni Səidə Sultan bu işdə yerli ifaçıların barmağının olduğundan şübhələndiyini bildirib:

"İngilisin nəyinə lazımdır ki, Aygün Kazımovanın səhifəsini oğurlasın və xaricdən öz şəkillərini, videolarını qoysun. Mənə çatmayan budur, inandırıcı deyil. Mənə elə gəlir ki, kiminsə əli ilə olan bir işdir. Çünki mümkün deyil. Necə ola bilər ki, bir xanımın rəsmi səhifəsini silib, başqa müğənnilərin şəklini qoyurlar. İngilis bizim ifaçıları haradan tanıyır?".

Müğənni Zaur Kamalın "Bizim müğənnilərin işidir" sualına isə "Mən belə yanaşıram" cavabını verib.

Qeyd edək ki, bir neçə dəqiqə əvvəl Aygün Kazımovanın səhifəsini ələ keçirilənlər onun hesabında paylaşım edərək müğənniyə şantaj ediblər.(Axşam)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR