Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

Pərviz Abdullayevin "Survivor"a qaytarılması haqda AÇIQLAMA

Pərviz Abdullayevin "Survivor"a qaytarılması haqda AÇIQLAMA

Tarix: 15-04-2020, 20:36

Bir neçə gün əvvəl TV8 telekanalında yayımlanan məşhur "Survivor" yarışını tərk edən Kikboks üzrə 6 qat dünya çempionu, "Kobra" ləqəbli Pərviz Abdullayevin yenidən sözügedən layihəyə qaytarılacağı barədə yayılan söz-söhbətlərə aydınlıq gətirilib.

Offsideplus.az xəbər verir ki, yarışı tərk etməsinə baxmayaraq koronavirus səbəbiylə "Survivor"un keçirildiyi Dominikandan Bakıya qayıda bilməyən Pərvizin yenidən yarışa qaytarılacağı ilə bağlı iddialara layihənin və telekanalın rəhbəri Acun Ilıcalı cavablandırıb.
Yarışın aparıcısı və rəhbəri olan Acun dünən şəxsi "instagram" hesabından canlı yayım edib. Aparıcıya canlı yayım zamanı ünvanlanan sualların çoxu da məhz azərbaycanlı idmançı ilə bağlı olub. Onun yenidən eyni sezonun yarışına qaytarılmayacağı məlum olub. Acun Pərvizin geri qaytarılmasının mümkünsüz olduğunu bildirib. Onun ardınca Pərviz də canlı yayım açaraq bu mövsümlük "Survivor" macərasının onun üçün bitdiyini, lakin, "AllStar" komandasının tərkibində qarşıdakı illərdə sözügedən yarışda daha güclü şəkildə iştirak etmək üçün çalışacağını sözlərinə əlavə edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR