Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Məşhur hind aktyoru vəfat etdi

Məşhur hind aktyoru vəfat etdi

Tarix: 30-04-2020, 14:38

Bollivud aktyoru Rişi Kapur 68 yaşında Hindistanın Mumbay şəhərindəki klinikalardan birində vəfat edib.

TASS-a xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb. Aktyorun xərçəng xəstəliyindən əziyyət çəkdiyi qeyd olunub.
Rişi Kapur aktyor və rejissor Rac Kapurun oğludur. Onu Bollivudda oynayan bu ailənin yaşlı nəslinin son ulduzu adlandırırdılar.
Ailədə Çintu adlandırılan Rişi Kapurun ilk ciddi rolu atasının “Mənim adım Kloundur” (Mera Naam Joker, 1970) filmində olub. Aktyor ilk böyük uğurunu atası Rac Kapurun rejissoru olduğu “Bobbi” (Bobby, 1973) filmindəki rolundan sonra əldə edib. Rişi həmin il Hindistanda ilin aktyoru seçilib. Çintu adətən Hindistan kinosu üçün vacib olan romantik sevgili rollarını ifa edib.
Tamaşaçılar onu həmçinin “Qisas alan” (Barood, 1976), “Amar, Əkbər, Antoni (Amar, Akbar, Antoni, 1977), “Sevgi əzabı” (Prem Rog, 1982), “Çandni” (Chandni, 1989), “Kor məhəbbət” (Fanaa, 2006) və s. filmlərindən tanıyır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR