Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

“The Beatles” üzvlərinin bilinməyən mahnısı satışa çıxarılıb

“The Beatles” üzvlərinin bilinməyən mahnısı satışa çıxarılıb

Tarix: 4-05-2020, 11:00

Böyük Britaniyada auksiyon satışlarına dünya şöhrətli “The Beatles” qrupunun üzvləri Pol Makkartni və Rinqo Starrın indiyədək bilinməyən mahnısı çıxarılıb.

“TASS” xəbər verir ki, “Angel in Disguise” (Cisimə bürünmüş mələk) bəstəsinin müəllifi Pol Makkartnidir. Trek Rinqo Starrın “Times Takes Times” (1992-ci il) adlı 10-cu solo albomu üçün yazılıb.

Lakin Rinqonun mahnıdan xoşu gəlmədiyi üçün bəstə alboma daxil edilməyib.

Bu mahnı olan kaset uzun illər boyu “Radio Lüksemburq” radiostansiyasının aparıcısı Toni Prinsin kolleksiyasında qalıb.

Qeyd etmək lazımdır ki, bəstə mayın 19-u satışa çıxarılacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR