Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Mühit mən istədiyim kimi deyil - 77 yaşlı Rasim Balayev

Mühit mən istədiyim kimi deyil - 77 yaşlı Rasim Balayev

Tarix: 8-08-2025, 11:14

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycan kinosunun canlı əfsanəsi, Xalq aristi Rasim Balayevin 77 yaşı tamam olur. 

Modern.az bu münasibətlə Rasim Balayevlə həmsöhbət olub. 

“İnsan bu yaşdan sonra özünə nə arzulaya bilər? Bundan sonra nə yaşayacağamsa, Allah sağlam ömür versin”- deyə o bildirib.

Xalq aristi qeyd edib ki, bu günlərdə kino mühiti daha fərqlidir.

“Görürəm ki, mühit mən istədiyim kimi deyil. Ovaxtkı adamların işə qarşı fədakarlığı, vurğunluğu indi yoxdur deyə gələcəklə bağlı nəsə demək olmur.  Əvvəllər insanlar pula fikir vermirdi, əsas o idi ki, hamı işin sevirdi, can yandırırdı. Arzu edirəm ki, o vurğunluq geri qayıtsın, bizim kinomuz yenidən dirçəlsin”.

Qeyd edək ki, Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub və hələ gənc yaşlarından sənətə böyük maraq göstərib. 1970-ci illərdə kinoya gəlişi ilə Azərbaycan ekran sənətində yeni bir nəfəs yaradan Balayev “Nəsimi” filmindəki möhtəşəm ifası ilə böyük şöhrət qazanıb. Ardınca “Babək”, “Dədə Qorqud”, “Qatır Məmməd” kimi tarixi və dramatik ekran əsərlərində yaratdığı dərin, emosional və xarakterik obrazlarla milli kinematoqrafiyamızın yaddaşına həkk olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR