Son Xəbər: Qalibaf: Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq, Asim Munir Tehranda Pezeşkianla görüşdü, Emin Əmrullayev Britaniyanın Vorvik Universitetində olub, Bazar günü 28 dərəcə isti olacaq, Ukraynanın Novorossiyskə dron hücumundan sonra neft terminalı yanıb, yaralılar var, May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb, Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb, Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ, Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb, Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "Meydançanın kralı və kraliçası" turniri keçiriləcək,

VƏTƏN FƏDAİLƏRİ - Zamanla Yarışan Tariximiz

VƏTƏN FƏDAİLƏRİ - Zamanla Yarışan Tariximiz

Tarix: 1-10-2025, 22:30

 Zəfərimizin beşinci ildönümünə doğru irəlilədiyimiz, qəhrəman şəhidlərimizin beşinci Anım Gününü keçirdiyimiz bu günlərdə müəllifi Manya Səxavətqızı olan “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin V cildinin işıq üzü görməsi təkcə bir kitabın nəşri deyil,  bu həm də tarixin yaddaşa həkk olunması, şəhid ömürlərinin sözlə ucaldılmasıdır.

Bu dəfə təqdim olunan “VƏTƏN FƏDAİLƏRİ: Şabran–Siyəzən–Xızı şəhidləri” kitabı bu üç bölgədən olan igidlərimizin şərəfli döyüş və həyat yolunu əbədiləşdirir. Layihənin ərsəyə gəlməsində Shahin Məmmədovun mənəvi, Bəhruz Məmmədovun isə maddi dəstəyi önəmli rol oynayıb. Hər iki insanın bu yolda göstərdiyi dəstək, sadəcə bir təşəbbüs deyil, bu həm də şəhidlərin ruhuna ehtiramın göstəricisidir.

“VƏTƏN FƏDAİLƏRİ” layihəsində ərsəyə gələn kitablar sadəcə bioqrafiyalar toplusu deyil, hər sətiri bir məzar daşı qədər əziz, hər səhifəsi bir ana ahı qədər ağırdır. Bu kitabda şəhidlərin qəlbinin döyüntüsü var, bir atanın vüqarı, bir ananın laylası, bir bacının qürur göz yaşları, bir körpənin atasız böyüyən arzuları gizlidir.

Lakin zaman dayanmır. Hər ötən gün bir şəhid valideyni bu vəfasız dünyadan köçür. Onlarla bərabər şəhidin səsi, sevimli xatirələri, uşaqlıq illəri, danışılmamış hekayələri də əbədiyyətə qarışır.
Bəlkə də bu səbəbdən Manya xanım tələsir… Sözün həqiqi mənasında tələsir. Çünki bilir: əgər bu dastanlar indi yazılmasa, sabah gec ola bilər. Hər yazdığı hekayə ilə bir yaddaşın itməsinə mane olur.

“VƏTƏN FƏDAİLƏRİ” – bu xalqın kollektiv yaddaşıdır. Bu layihə gələcək nəsillərə ünvanlanmış bir əmanətdir. Tarixin yaddaşına yazılan şəhid adları kitab səhifələrində əbədiləşdikcə, şəhidlərimiz də unudulmayacaq. Adları məktəblərdə, küçələrdə olsa da, əslində hər birimizin qəlbində yaşayacaq.

Əgər bir gün bütün şəhid valideynləri bu dünyadan köçsə belə “VƏTƏN FƏDAİLƏRİ” qalacaq.
VƏTƏN FƏDAİLƏRİ şəhidlərimizi yaşadacaq, tanımayanlara onları tanıdacaq, unudanlara xatırladacaq, susanlara danışacaq.

Şəhid mayor Vüsal Vəliyevin qardaşı, Filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR