Son Xəbər: AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb, Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək, Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq, Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq, Naxçıvanda əhalinin sayı artıb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək, Sabah rayonlara yağış yağacaq, İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib, Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib, Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub,

Bazarda işləyənlərlə bağlı qalmaqalı sözlərinə aydınlıq gətirdi

Bazarda işləyənlərlə bağlı qalmaqalı sözlərinə aydınlıq gətirdi

Tarix: 13-03-2026, 10:47

 
Azərbaycanın əməkdar artisti Gülüstan Əliyeva son açıqlaması ilə diqqət çəkib.

Sənətçi fikirlərini "Qonaqcanlı" verilişində səsləndirib. O, ucqar bölgələrdə yaşayan insanların da yüksək musiqi zövqünə sahib ola biləcəyini bildirib.

Müğənni qeyd edib ki, bəzən dağ kəndlərində yaşayan və paytaxta heç gəlməyən insanlar belə muğamı, aşıq musiqisini və klassik mahnıları çox yaxşı bilirlər. Onun sözlərinə görə, dünyanın hər yerində musiqini dəyərləndirən belə insanlar var.

Gülüstan Əliyeva eyni zamanda bir müddət əvvəl səsləndirdiyi "bayağı mahnıları bazarda işləyənlər dinləyir və onları toylara çağırır" fikrinin yanlış anlaşıldığını deyib. Sənətçi bildirib ki, o, heç kəsi aşağılamaq niyyətində olmayıb.

Müğənni əlavə edib ki, bəzən "ziyalı" və ya "təhsilli" kimi təqdim olunan insanların da musiqi zövqü gözlənildiyi qədər yüksək olmur. Onun sözlərinə görə, belə insanların məclislərində bəzən səviyyəsi aşağı olan ifaçıların dəvət edilməsi təəccüb doğurur.

Xatırladaq ki, Gülüstan Əliyeva daha əvvəl Rusiyada keçirilən toy məclislərindən danışarkən orada çalışan azərbaycanlıların əsasən bazar və ağır iş sahələrində fəaliyyət göstərdiyini və həmin məclislərdə daha çox sadə, kütləvi zövqə uyğun mahnıların üstünlük təşkil etdiyini bildirmişdi. Bu fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.(Milli.Az)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR