Son Xəbər: Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ, Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub, Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis - ŞƏRH, Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib, Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir - RƏSMİ, Kəlbəcərdə mina partlayışı olub, Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq, Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?, Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir, İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib,

"Heydər Əliyev və Azərbaycan Ədliyyəsi" kitabının təqdimatı olub

"Heydər Əliyev və Azərbaycan Ədliyyəsi" kitabının təqdimatı olub

Tarix: 13-05-2026, 17:57

"Heydər Əliyev və Azərbaycan Ədliyyəsi" kitabının təqdimatı olub

Hüquq və İnsan Haqları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.

Konstitusiya Məhkəməsinin hakimi, əməkdar hüquqşünas, uzun illər ədliyyə naziri və Məhkəmə-Hüquq Şurasının sədri işləmiş Fikrət Məmmədovun müəllifi olduğu nəşr Heydər Əliyevin Azərbaycan hüquq sisteminin inkişafındakı tarixi roluna həsr olunub.

Eyni zamanda, kitabda Ulu Öndərin siyasi kursunu uğurla davam və inkişaf etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan yüksək nailiyyətlər və parlaq qələbələr, o cümlədən ədliyyə və məhkəmə sisteminin daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi üzrə həyata keçirilən islahatlar, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Ümummilli Liderin irsinin öyrənilməsi və təbliği ilə bağlı mühüm fəaliyyəti əksini tapıb.

Tədbiri giriş sözü ilə açan İnstitutun idarə heyətinin sədri Məhəmməd Quluzadə nəşrdə Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi, xalq və dövlət qarşısında misilsiz xidmətləri, həyata keçirdiyi hüquqi sahədə, xüsusilə ədliyyə sisteminin təkmilləşdirilməsi, yeni məhkəmə sisteminin formalaşdırılması ilə bağlı islahatların geniş yer aldığını bildirib.

Müəllif, həmçinin Ulu Öndərin rəhbərliyi altında işlədiyi dövrə dair şəxsi xatirələrini və müşahidələrini də oxucularla bölüşüb. Heydər Əliyevin imzası ilə qəbul edilmiş tarixi əhəmiyyətli hüquqi sənədlər, arxiv foto-materialları barədə məlumatlar verilib.

Tədbirdə çıxış edən Fikrət Məmmədov Ulu Öndər Heydər Əliyev haqqında kitab yazmağın olduqca məsuliyyətli olduğunu, bu dahi şəxsiyyətin dövlət və xalq qarşısında xidmətlərinin misilsizliyini vurğulayıb. Zaman keçdikcə Ulu Öndərin dahiliyinin, uzaqgörənliyinin, müdrikliyinin daha dərindən dərk edildiyini, belə şəxsiyyətlərin nəinki əsrdə, minillikdə bir yarandığını bildirib.

F.Məmmədov qeyd edib ki, Heydər Əliyevin həyat və çoxşaxəli fəaliyyəti haqqında yüzlərlə kitablar nəşr edilib: "Ulu Öndərin etimadı ilə məsul vəzifələrdə çalışmış bir şəxs kimi özümə mənəvi borc bildim ki, Heydər Əliyevin hüquq institutlarının, xüsusilə ədliyyə orqanlarının və məhkəmələrin səmərəli fəaliyyəti ilə bağlı gördüyü işləri və həyata keçirdiyi islahatları tarix üçün həkk edim. Kitabda 1969-cu ildən başlayaraq Ümummilli Liderin bütün dövrlərdəki fəaliyyəti əks olunub. Bu zaman dahi şəxsiyyət Heydər Əliyevin dövlət fəaliyyətinə, xüsusilə də Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş işlərə nəzər salınıb".

Təqdimat mərasimində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəməsinin sədri İnam Kərimov, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisinin komitə sədrləri Əli Hüseynli və Zahid Oruc, Bakı Dövlət Universiteti hüquq fakültəsinin dekanı Zaur Əliyev, ictimaiyyət nümayəndələri çıxış edib, Ümummilli Liderin Azərbaycan hüquq sisteminin formalaşdırılmasında müstəsna xidmətlərindən danışıblar. Bundan başqa, onun hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatların və dövlətçilik irsinin təbliğinin və gələcək nəsillərə çatdırılmasının vacibliyi, "Heydər Əliyev və Azərbaycan Ədliyyəsi" kitabının bu sahədə yaxşı vasitə olduğu, kitabın dərs vəsaiti kimi istifadəsinin əhəmiyyəti vurğulanıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR