Son Xəbər: Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək, Sabah Sabunçu və Xətai rayonlarında qaz olmayacaq, Aktauda AZAL təyyarəsi qəzasının qurbanlarının xatirəsi anılıb, ANAMA Xocalıya köçən sakinlərə maarifləndirmə tədbiri keçib, TÜRKPA AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı başsağlığı verib, Arkadi Qukasyan Ermənistan vətəndaşlarının məhkəməsində son sözünü deyir, Azərbaycan idmançıları və idman mütəxəssisləri təltif edilib - SİYAHI, Şagird və tələbələr arasında statistika üzrə olimpiada keçiriləcək, Tacikistan "Taliban"dan sərhəddə silahlı hücuma görə üzr istəməsini tələb edir - YENİLƏNİB, Qaradağda iki nəfərin öldüyü avtobus qəzası ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB,

“Nələr baş verir, ölkə niyə dağılır?” - ABŞ-dakı məşhurlarımız

“Nələr baş verir, ölkə niyə dağılır?” - ABŞ-dakı məşhurlarımız

Tarix: 3-06-2020, 15:40

Amerikada yaşayan azərbaycanlı tanınmışlar Minneapolis şəhərində (Minnesota ştatı) polis tərəfindən öldürülən afroamerikalı Corc Floyddan sonra baş tutan iğtişaşlardan yazıb.
“Qafqazinfo” xəbər verir ki, onlar sosial şəbəkələrdə paylaşımlar edərək ABŞ-da yaranan vəziyyət barədə izləyicilərinə məlumat veriblər.
İki il əvvəl “Greencard” qazanaraq Pensilvaniya ştatına köçən repçi Elmir Məhərrəmov bildirib ki, mərkəzdən kənar yaşadığı üçün iğtişaşların şahidi olmur:
“Çox adam narahatdır, yazır, zəng edir. Bizdə hər şey yaxşıdır, halbuki mərkəzdə bəzi yerlərdə kütləvi iğtişaşlar var. Allaha şükür ki, biz tərəflərdə salamatçılıqdır. Buna baxmayaraq, 1 həftəlik kommendat saatı elan olunub”.
Ailəsi ilə birgə Nyu-York şəhərində yaşayan aparıcı-bloqqer Günel Hümbətova qərbdə vəziyyətin gərgin olduğunu qeyd edib: “Məlum hadisələrə görə 8 saatdan sonra evdən bayıra çıxmaq olmaz. Məhləmizdə bəzi görüntülərin şahidi olmuşam. Deyirəm ki, Bakıdakı bəzi boş- bekarların iş- gücü qurtardı, özlərini düzəltdilər, indi də Amerikaya keçdilər. Kim haqlıdı, kim haqsızdı, kimlər vandalizm edirsə, onu aşkar etməyə çalışırlar. Ətiniz tökülsün”.
“The American Academy of Dramatic Arts”ın ilk azərbaycanlı tələbəsi olan müğənni Səbinə Əsgərova komendant saatında küçəyə çıxanların həbs olunduğunu vurğulayıb.
“Komendant saatındayıq. Saat 6-dan 18:00-a kimi kim küçəyə çıxırsa, həbs olunur. Həmin vaxtda kiminsə başına hər hansı bir hadisə gələrsə, bundan heç kəs cavabdehlik daşımır. 2020-ci ilin bitməsinə 6 ay qalıb, hələ də yeni ilin başlamasını gözləyirəm”.
Aparıcı Aynur Talıbova nümayişçilərə rezin güllələr atıldığını deyib: “Dünən Prezident Tramp Ağ Evin qarşısındakı hadisələr zamanı zərər çəkmiş kilsəyə baş çəkərkən polis nümayişçilərə qarşı gözyaşardıcı qaz ve rezin güllələrdən istifadə etdi. Hadisə yerində həmkarım, kameraman Aytən Məmmədova da vardı... Nələr baş verir, Amerika niyə dağılır?”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR