Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Nura Suri son nöqtəni qoydu - “Dodağı şişirdilmiş, dişləri unitaz rəngində...”

Nura Suri son nöqtəni qoydu - “Dodağı şişirdilmiş, dişləri unitaz rəngində...”

Tarix: 17-06-2020, 17:47

“Bu çipdən qorxan insanları başa düşmürəm. Lap elə götürək ki, biz gicik, siz ağıllı. Sizi öldürmək üçün niyə çipləşdirsinlər ki? Guya istəsələr, daha ucuz vasitə ilə bunu edə bilməzlər ki? Keçək mövzuya...”.

Mediabiz.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. O, bədənini estetik əməliyyat və kosmetoloji müdaxilələrlə dəyişdirmiş insanların çipləşdirmə mövzusuna inanmasını tənqid edib:

“Qaşı tatu, dırnaqları süni, saçları taxma, döşü, arxası qoyma, dodağı şişirdilmiş, dişləri süni (unitaz rəngində), qarnındakı presi düzəlmə, kitab üzü açmayan, əlinizdəki telefonla, sosial şəbəkələrlə, dəblə idarə olunan insana bənzər robotlar - siz nədən qorxursunuz? 50 ildən sonra torpaqdan neft yox, silikon çıxacaq xəbəriniz olsun. Əlinizdəki telefonda həm səsiniz, barmaq iziniz, üzünüz, həm də dostluq etdiyiniz insanlar, getdiyiniz məkanlar, sizi maraqlandıran mövzulara kimi qeyd olunub, sistemə salınıb. Sizə çip niyə qoyulsun ki? Peyvənd olunar maksimum, o da ki anadan olunandan vurulur onsuz da. Heç tərkibini də doğru-düzgün bilmirsiniz. Nə oldu ki, birdən həşirə düşdünüz? Sən Allah kitab oxuyun, bir az maariflənin ki, robot olmayasınız. Öldüm day sizə yazmaqdan”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR