Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

“Dərmandan zəhərlənib, komaya düşdüm”

“Dərmandan zəhərlənib, komaya düşdüm”

Tarix: 24-10-2019, 11:03

Müğənni Roza Zərgərli haqqında çıxan "xəstəxanya düşdü" xəbərlərinə münasibət bildirib.
Sənətçi axşam.az-a açıqlamasında komaya düşdüyünü etiraf edib:
"Zəhərlənmişdim. İki gün xəstəxanada yatdım. Mediaya çıxmasını istəmirdim. Hazırda müalicə alıram. Bilirsiniz ki, uzun müddətdir ayağımda ağrılar var. Onları azaltmaq üçün ağrıkəsici həblər qəbul edirdim. Bu il Heydər Əliyev Sarayında səhnə fəaliyyətimin 20 illiyini qeyd edəcəm. İş rejimim çox ağırdır deyə, dərmandan çox istifadə edirəm. Sən demə, o qədər istifadə etmişəm ki, artıq əks-təsir verməyə başlayıb. Dəri zəhərlənməsi verdi, bədənimdə suluqlar əmələ gəldi. Düşünmədim ki, bu, dərmandan irəli gələr. Üç gün ard-arda dərmanı içdim. Məni komaya saldı".
R.Zərgərli əməliyyata ağrılar səbəbindən yox, estetik görüntü üçün baş vuracağını iddia edənlərə də cavab verib:
"Məndə heç vaxt dəyişiklik olmayıb, olmayacaq. Etsəm, bir müddət sonra yalnız üzümə estetik müdaxilələr etdirərəm. Zamanında qaş tatuajına pis baxmışam, amma məndə də olub. Sonradan peşman olmuşam ki, bunu niyə etmişəm? Əməliyyatımın sağlamlıq üçün ediləcəyinə inanmayan adamlar düşük insanlardır. Ağılları da özləri kimi işləyir. Liposaksiya əməliyyatı etdirmişəm, onu da demişəm. Onu da ayağımda yaranan problemlər ucbatından keçirdim. Çəkim ağır olurdu, yeriyə bilmirdim. Narahat olurdum".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR