Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

“Fairmont”da dincələn Mələk Heydərova üzr istədi: “Sağlamlığımızı qorumalıyıq” - VİDEO

“Fairmont”da dincələn Mələk Heydərova üzr istədi: “Sağlamlığımızı qorumalıyıq” - VİDEO

Tarix: 6-07-2020, 10:44

“Fairmont Baku”da dincələn aparıcı-aktrisa Mələk Heydərova üzr istəyib.

M.Heydərova müraciətində deyib ki, hər kəs qaydalara əməl etməlidir: “Biz nə vəzifəmizlə, nə də statusumuzla kimdənsə fərqlənirik. Hamımız eyniyik. İstirahət etdiyim zaman çəkdirdiyim şəkillər paylaşılmışdı. Bununla bağlı üzrxahlıq edirəm…”
Qeyd: Daxili İşlər Nazirliyinin iyulun 5-də yaydığı məlumata əsasən, Bakının Səbail rayonunda otellərdən birində xüsusi karantin rejim qaydalarına əməl olunmayan, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib. Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. Saxlanılan şəxslərin hər biri ilə profilaktik, izahedici söhbətlər aparılaraq onların diqqətinə çatdırılıb ki, bu əməllər ölkədə tətbiq olunan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına zidd olmaqla, insanların həyat və sağlamlığı üçün risk daşıyır. Onlar izahatlarında bu hərəkətlərindən səmimi peşmançılıqlarını ifadə ediblər. Saxlanılan şəxslər

İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediliblər.

"https://player.vimeo.com/video/435616962

<iframe title="vimeo-player" src="https://player.vimeo.com/video/435616962" width="640" height="1137" frameborder="0" allowfullscreen></iframe>




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR